Şrift:
Kiş adasından qayıdan “Traxtur” Tehranda məşqlərini davam etdirəcək
27.01.2016 [10:10] - Güney Azərbaycan xəbərləri, İdman, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası Kiş adasında təlim-məşq səfərini başa vurduqdan sonra birinci gün Tehrana dönüb.
Cümə günü super liqa müsabiqələri çərçivəsində Tehranın “Rah Ahən” komandası ilə qarşılaşacaq “Traxtur” komandası, Kiş adasından Təbrizə deyil, Tehrana dönüb. Əmir Qələnoinin yetirmələri müsabiqə gününə qədər bu şəhərdə öz məşqlərini davam etdirəcək.

Bu arada “Traxtur” oyunçusu Fərdin Abdini zədə aldığına görə “Rah Ahən”lə müsabiqədə öz komandasını müşayiət edə bilməyəcək.

“Traxtur-Rah Ahən” müsabiqəsi cümə günü yerli vaxtla saat 14:30-da Tehranda Qüds şəhərinin “Şohəda” stadionunda start götürəcək.
Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed