Şrift:
Məhbuslar arasında Milli Hərəkatın nüfuzu artır
29.01.2016 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şirazın Adilabad zindanında məhbuslar arasında türk millətçiliyi yayılır.
Əldə etdiyimiz məlumata görə, Şiraz zindanında qaşqay türklərinə mənsub çoxsaylı məhbus saxlanılır. İranda milli və ictimai ayrı-seçkilik siyasətindən öz nəsibini alan qaşqay türkləri tədricən milli və demokratik haqlarını tələb etməyə başlayıb. Bu vəziyyət Şiraz zindanına da sıçrayıb. Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin Şiraz zindanına sürgün edilməsi və fəalın apardığı maarifləndirmə fəaliyyəti nəticəsində qaşqay türkləri məhbusları arasında millətçilik meyilləri daha da güclənib. Davam.az GünAz TV mətbuat mərkəzinin əldə etdiyi məlumata istinadən bildirir ki, məhbuslar A.Lisani ilə birlikdə həbsxananın həyətində milli şüarlar səsləndiriblər.
Türk millətçiliyinin məhbuslar arasında yayılmasından narahat olan zindan məsulları isə buna qarşı tədbir almağa başlayıb. Onlar məhbuslara qarşı hədə-qorxu, sorğu-sual və saxlanma bölümlərinin dəyişdirilməsi üsullarına əl atıblar.
Xatırladaq ki, tanınmış azərbaycanlı milli-mədəni fəal A.Lisani bundan öncə də mədəni fəaliyyətlərinə görə müxtəlif təzyiqlərə məruz qalıb və uzun illər həbs edilib. O bundan öncəki həbs dövründə Yəzd zindanına sürügn edilmişdir.
Bu xəbər oxucular tərəfindən 626 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed