Şrift:
Azərbaycanda hava şəraiti ilə əlaqədar daimi yaşayış yeri olmayanlar üçün səyyar sığınacaqlar yaradılıb - İSLAMIN DƏYƏRLƏRİ.
10.02.2012 [12:06] - Xəbərlər
Hava şəraiti ilə əlaqədar olaraq, bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daimi yaşayış yeri olmayanlar üçün səyyar sığınacaqlar yaradılıb.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib. Nazir deyib ki, şaxtalı günlərdə evsiz vətəndaşlardan hətta dünyasını dəyişənlər də olub. Onun sözlərinə görə, bu halların qarşısının alınması üçün səyyar sığınacaqların yaradılması qərara alınıb: “Nazirlik əməkdaşları belə insanları axtaracaq, onları müvəqqəti olaraq səyyar sığınacaqlara yerləşdirib, isti yemək, yataqla təmin edəcəklər”.

F. Ələkbərov, daimi yaşayış yeri olmayanların daha çox toplaşdıqları yerlərin bəlli olduğunu vurğulayaraq, belə insanları görən hər kəsdən nazirliyin “Etimad telefonu”na zəng edib, məlumat vermələrini xahiş edib.
Bu xəbər oxucular tərəfindən 1634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed