Şrift:
Poldəştdə ağır yol qəzası: Ölən və xəsarət alanlar var
30.01.2016 [11:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Poldəşt şəhərində ağır yol qəzası baş verib.
Makı Şəhər Yol Polisi İdarəsinin rəisi bildirib ki, Poldəştə “Zantiya” markalı maşının aşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Kapitan Şahin İsməilzadə cümə günü hadisə yerinə baxış keçirərkən bildirib ki, “Poldəşt-Boralan yolunda baş verən yol qəzasında 3 sərnişin hadisə yerində keçinib, 2-i isə ağır xəsarət alıb. Yaralanan sərnişinlər Poldəşt xəstəxanasına çatdırılıb.”

Kapitan İsməilzadə əlavə edib ki, hadisə “Zantiya” markalı maşının yoldan çıxıb və aşması nəticəsində baş verib.

Yol Polisi İdarəsinin sözlərinə görə, xəsarət alan sərnişinlərin vəziyyəti ağırdır.
Bu xəbər oxucular tərəfindən 734 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed