Şrift:
“Neft Daşları” yatağında yeni quyu qazılır
01.02.2016 [10:13] - Gündəm, İqtisadiyyat
“Neft Daşları” yatağındakı 2585 nömrəli platformadan 2603 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 2 min 620 metrdir.

Quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed