Şrift:
Marağada almalar soyuducu anbarlarda qalıb
01.02.2016 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Marağa şəhərində istehsal olunan almanın təxminən yarısı soyuducu anbarlarda qalıb.
Bu barədə danışan Marağa Kənd Təsərrüfatı İdarəsinin müdiri bildirib ki, Marağada təxminən 80000 ton alma soyuducu anbarlarda qalıb.

Məhəmməd Nərimani bəyan edib ki, almalar qiymətlərin aşağı olması səbəbindən satılmayıb və bu məsələ bağbanlara ciddi ziyan vurub. Onun sözlərinə görə, Marağa Şərqi Azərbaycan Vilayəti şəhərləri arasında alma istehsalı üzrə birinci yerdədir.

Qeyd edək ki, Marağa şəhərində bu il 160000 ton alma istehsal olunub.

Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın Urmiyə şəhərinin bağbanları da öz məhsullarını satmaqda oxşar problemı yaşayır. Bir neçə gün öncə Urmiyənin İran parlamentindəki millət vəkili Kənd Təsərrüfatı Nazirliyinə xəbərdarlıq edərək bildirib ki, Urmiyənin 1 milyon ton alması soyuducu abnarlarda qalıb. Daxildə öz məhsullarımız anbarlarda qaldığı bir vaxtda, xaric ölkələrdən gətirilən meyvə idxalına qadağa qoyulmalıdır.
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed