Şrift:
Bakıda çəkilmiş dini film Təbrizdə nümayiş etdirilib
02.02.2016 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran xəbər agentlikləri 2015-ci ildə Bakıda çəkilmiş və Kərbəla hadisələrinə həsr olunmuş “Bağışla, Gələ Bilmədim” adlı qısa metrajlı filmin yanvarın 31-də Təbrizdə nümayiş etdirildiyini bildiriblər.
Yarı-rəsmi Mehr və Tasnim xəbər agentliklərinə istinadən, Təbrizin 29 Bəhmən kinoteatrında filmin nümayişindən sonra ekspertlər, eləcə də filmin quruluşcu rejissorları Faiq Kərimoğlu və Ramin Asimoğlu və filmin Təbrizli əməkdaşlarından qrim və səhnə rəssamı Rza Fəllahiyanın iştirakı ilə filmi dəyərləndirmə sessiyası keçirilib.

Rasim Balayev, Namiq Ağayev, Şamil Süleymanov, Təvəkkül Əliyev, Hacı Şəhriyar Məcidi və Aqşin Fateh kimi aktyorlar qısa metrajlı “Bağışla, Gələ Bilmədim” filmində rol alıblar.

Meyxanaçı Aqşin Fateh eyni zamanda dini filmin ssenari müəllifidir.
Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed