Şrift:
Türkiyə şirkəti Güney Azərbaycanda abadlıq işləri layihəsinə cəlb olunub
02.02.2016 [13:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rəhbərliyi ölkəyə sərmayə cəlb etmək üçün bir çox xarici ölkə, o cümlədən Türkiyə və Azərbaycan Cümhuriyyətinə ümid bəsləyir.
Son məlumata görə, Türkiyə yatırımçıları Təbriz və Mərənd şəhərləri arasında çəkiləcək geniş caddəyə sərmayə yatıracaq. Bu barədə İranın Türkiyədəki səfiri Əlirza Beygdeli sosial şəbəkədə öz səhifəsində məlumat yayıb. O bildirib ki, Türkiyənin “Bərgiz” şirkəti Təbriz-Mərənd arası 70 kilometrlik caddənin tikilməsində iştirak edəcək.

Ə.Beygdeli tərəflər arasında müqavilənin imzalanma mərasimindən şəkillər yayaraq qeyd edib ki, bu müqavilənin imzalanması ilə sanksiyaların qaldırılmasından sonra Türkiyənin birinci şirkəti İranda abadlıq işləri layihələrinə cəlb olunundu.

Səfir müqavilənin ümumi dəyərinin 900 milyon dollar olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed