Şrift:
Suriyada daha 2 “Sepah”çı öldürülüb
03.02.2016 [15:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 2 üzvü Suriyada gedən döyüşlərdə öldürülüb.
İranın Rəşt və Əndimeşk şəhərlərindən Suriyaya göndərilmiş “Sepah”, Hamid Kuçəkzadə və Həbib Rəhimi Məneş, fevralın 2-də Suriyanın şimalında yerləşən Hələb şəhərində İŞİD qüvvələri tərəfindən öldürülüb. “Sepah”çıların Suriyaya nə vaxt göndərildiyi açıqlanmasa da, onların meyitlərinin yaxın günlərdə ölkəyə gətirilərək öz doğma şəhərlərində dəfn ediləcəyi bildirilir.
Suriyada daha 2 “Sepah”çı öldürülüb

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd rejimini qorumaq üçün bu ölkəyə göndərilmiş “Sepah”ın yüzlərlə üzvü İŞİD-ə qarşı hərbi əməliyyatlarda həlak olub. Həlak olanlar arasında “Sepah” komandirləri də var.
Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed