Şrift:
Suriyada daha 11 “Sepah”çı həlak olub
05.02.2016 [12:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 11 üzvü Suriyada gedən döyüşlərdə həlak olub.
İranın Xuzistan və Simnan əyalətlərindən Bəşər Əsəd rejimini qorumaq məqsədilə Suriyaya göndərilmiş “Sepah”çılar, Rəhman Payi, İman Azərbuyə, Rza Adili, Möhsün Kulabadi, Əhməd İlyasi, Əhməd Əmcədi, Mahmud İskəndəri, Mustafa Xəlili, Həsən Rəzzaqi, Səid Əlizadə və Davud Nərimisayı fevralın 3-də bu ölkənin Hələb şəhəri yaxınlığında İŞİD-çi qüvvələr tərəfindən öldürülüb. Həlak olan “Sepah”çıların Suriyaya nə vaxt göndərildiyi və onların meyitlərinin ölkəyə gətirilib-gətirilmədiyi mediaya açıqlanmayıb.

Qeyd edək ki, İran İslam Respublikası Suriya hökumətinin yaxın müttəfiqi və onun əsas himayədarlarından biri sayılır. Son aylarda Bəşər Əsəd rejiminə dəstək məqsədilə bu ölkəyə göndərilmiş “Sepah”ın yüzlərlə üzvü İŞİD-çilər tərəfindən öldürülüb. Həlak olanlar arasında onlarla “Sepah” komandirləri də var.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed