Şrift:
Yaponiyada Sakuracima vulkanı püskürüb
06.02.2016 [11:38] - Gündəm, Hadisə
Kyodo agentliyinin yaydığı məlumata əsasən, fevralın 5-də Yaponiyada Sakuracima vulkanı püskürüb. Kaqoşima prefekturasında yerləşən vulkanla əlaqədar məlumatların toplanması və işin əlaqələndirilməsi məqsədilə hökumət yanında xüsusi qərargah yaradılıb.

Meteoroloji Agentlik təhlükə dərəcəsini beş ballıq cədvəl üzrə 3 bal səviyyəsinə qaldırıb. Vulkana dörd kilometr məsafədə yaxınlaşmaq qadağan olunub. Həmin cədvələ əsasən 4 ballıq təhlükə təxliyəyə hazırlaşmaq, beş ballıq isə təcili təxliyə deməkdir.

Hazırda vulkanın üzərində qara tüstü buludu müşahidə edilir. Kameraların qeydə aldığı kadrlarda ərimiş lavanın bir neçə on metr yüksəkliyə qalxdığı aydın görünür.

Sakuracima vulkanı Yaponiyanın ən fəal vulkanlarından hesab olunur. İl ərzində burada yüzlərlə püskürmə qeydə alınsa da, adətən bu, külün ayrılması ilə başa çatır. Burada ən güclü püskürmə 1914-cü ildə baş vermişdi. Nəticədə 35 nəfər həlak olmuş və ətrafda yaşayan bütün sakinlər təxliyə edilmişdi.
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed