Şrift:
BBC-farsi Qərbi Azərbaycanı Kürd ərazisi kimi təqdim etdi
08.02.2016 [00:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
BBC-farsi növbəti dəfə anti-türk mövqeyini daha açıq şəkildə nümayiş etdirib.
Son məlumata görə, BBC-farsi saytında “İran Kürdistanının müstəqilliyi üçün referendum təklifi” adlı yeni raport yayılıb. Video şəklində təqdim olunan raportda böyük Kürdistanın xəyali xəritəsi nümayiş olunub. Həmin xəritədə Qərbi Azərbaycanın təxminən bütün ərazisi Kürd bölgəsi kimi göstərilib.

Radikal kürdçü qüvvələrlə yaxın əlaqədə olan BBC-farsi bölgədə yaşayan türk milləti və Türkiyə əleyhinə vaxtaşırı qərəzli məlumatlar yayır.

BBC-farsi o halda Qərbi Azərbaycanı Kürdistan ərazisi kimi təqdim edib ki, mühacir kürdlər bu vilayətin sadəcə bir neçə şəhərində mövcuddur. Son illərdə kütləvi şəkildə Qərbi Azərbaycan şəhərlərinə mühacirət edən kürdlərin sayı hələ də Azərbaycan türkləri ilə müqayisədə çox azdır. Qeyri-rəsmi mənbələrə görə, mühacir kürdlər Qərbi Azərbaycan Vilayətinin mərkəzi şəhəri olan Urmiyə əhalisinin hətta 5 faizini də təşkil etmir.
Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed