Şrift:
Şərqi Azərbaycan valisi Azəri adlandırdığı dilin müdafiəsinə qalxdı...
09.02.2016 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Anti-türk mövqeyi ilə seçilən Şərqi Azərbaycan valisi bu dəfə türk dilinin müdafiəsinə qalxıb, lakin vali fars şovinizminin işlətdiyi ədəbiyyata uyğun olaraq türk dilini, azəri dili adlandırdı.
Məlumata görə, Şərqi Azərbaycan İdarə Şurasının iclasında çıxış edən İsmail Cabbarzadə dövləti etniklərin hüququ ilə bağlı diqqətli olmağa çağırıb. O bildirib ki, bu vəziyyət mövcud olduğu müddətdə azəri dili də Urmu gölü kimi aradan gedəcək.

Vali adını təhrif etdiyi dilin bəzi xüsusiyyətlərinə də toxunub və bu dilin inkişaf etdirilməsini tələb edib.

Bildirək ki, İranda türk dili və türk kimliyi rəsmi orqanlar tərəfindən tanınmır və türk dili bir qayda olaraq İran ədəbiyyatında azəri dili adlandırılır. Şərqi Azərbaycan valisinin azəri dili və Urmu gölünə işarə etməsi parlament seçkiləri ərəfəsinə təsadüf edir və böyük ehtimalla əhalini seçkilərə cəlb etməyə yönəlib. Buna baxmayaraq vali şovinizm ədəbiyyatından istifadə edərək öz siyasi mövqeyini də rejimin diqqətinə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed