Şrift:
Həmədan vilayətində “Bağış Divarı”
09.02.2016 [11:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın mərhəmətli əhalisi insanlığın zinəti olan xeyirxahlıq və humanizm kimi ülvi dəyərləri yaşamaqda davam edir.
Həmədan Vilayətinin Bahar şəhərində “Bağış Divarı” kampaniyası fəaliyyətə başlayıb. Məlumata görə, divarlar üzərində imkanlı şəxslər müxtəlif qadın və kişi geyimləri asır və bu geyimlər ehtiyacı olan şəxslər tərəfindən istifadə olunur. Kampaniyanın yerli əhali tərəfindən rəğbətlə qarşılandığı bildirilir.

Xəbər verdiyimiz kimi, “Bağış Divarı” kampaniyası bundan öncə Güney Azərbaycanın Təbriz, Urmiyə, Ərdəbil və s. kimi müxtəlif şəhərlərin keçirilib.

Şəhər və qəsəbələrdə “Bağış Divarları”nın daha da artacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed