Şrift:
Süheyla Kargərin seçki şüarının milli saytlarda yayılması onun səlahiyyətinin rədd edilməsi ilə nəticələnib
09.02.2016 [11:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xanım Süheyla Kargərin parlament seçkilərinə namzədliyinin qeydə alınmamasının əsas səbəbi elan olunub.
Sosial şəbəkələr və Azərbaycan Milli Hərəkatına yaxın mənbələrdə yayılan məlumatlarda bildirilir ki, seçkilərin anayasaya uyğunluğuna nəzarət şurası (Şurayi Negəhban) xanım S.Kargərə səlahiyyət verilməməsinin səbəbini açıqlayıb. Məlumata görə, Nəzarət Şurası xanım S.Kargərin təbliğ şüarının GAMAC və Milli Hərəkata bağlı digər saytlarda yayılması səbəbindən onun səlahiyyətini rədd edib.

Bildirək ki, Qəzvindən öz namzədliyini irəli sürən xanım S.Kargər “nə islahatçıyam, nə mühafizəkar. Mən kimliyimi tələb edən birisiyəm” şüarı ilə rəqabət meydanına keçmişdir. Onun seçki şüarı bir müstəqil jurnalist tərəfindən dərc olunub və sonra sosial şəbəkələrdə geniş yayılmışdır.

Qeyd edək ki, İranda 10-cu parlament seçkilərinə öz namzədliyini irəli sürən bir çox azərbaycanlı fəalın namzədliyi, seçkilərin anayasaya uyğunluğuna nəzarət şurası tərəfindən qeydə alınmayıb. Müxtəlif bəhanələrlə səlahiyyəti rədd edilən fəalların Azərbaycanın milli və demokratik hüquqları uğrunda mübarizə aparacaqları gözlənilirdi.
Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed