Şrift:
Məhkəmə Fərdin Nobəxt və Aydın Zakiri barəsində hökm çıxarıb
09.02.2016 [11:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Meşginşəhr məhkəməsi iki azərbaycanlı fəal barəsində hökm çıxarıb.
Davam.az GünAz TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə xəbər verir ki, Fərdin Nöbəxt bildiri yaymaqla müxalif təşkilatlar və qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğ etməkdə günahlandırılıb. Fəal saxlanma müddəti hesablanmaq şərti ilə 18 ay həbs cəzasına məhkum edilib.

Məlumata görə, digər azərbaycanlı fəal Aydın Zakiri də sistemin əleyhinə təbliğ etməkdə günahlandırılıb. Lakin ittihamı sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılıb.

Məhkəmə hökmünə 20 gün ərzində etiraz edilə bilər.

Xatırladaq ki, adını çəkdiyimiz fəallar bundan öncə də Azərbaycanın milli və demokratik hüquqları uğrunda apardıqları dinc mübarizəyə görə dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar.
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed