Şrift:
Ermənilərin törətdiyi soyqırımlar
05.10.2011 [11:13] - Özəl xəbər
1987 - ci il, 20-24 dekabr. Qərbi Azərbaycanın (indiki ermənistan) Qafan rayonu ərazisindən Azər-Türk millətinin öldürülməsi günü və zorla çıxarılması tarixidir.
1988-ci il, 24 fevral. Quzey Azərbaycanın Əsgəran rayonundan ( Yuxarı Qarabağ ) Azərbaycanlılar öldürülmüş və zorla öz vətənində öz evindən, yurdundan qovulmuş, artıq 20 -ilə yaxındır ki, əziz millətimiz öz döğma vətənində qaçqın-didərgin-köçkün həyatı yaşamağa məcburdur.
1988 -ci il, 28-29 fevral. Sumqayitda ermənilər, Azərbaycanlı əhalini ermənistandan qovdurmaq üçün bəhanə-səbəb təşkil etdilər və Sumqayıtda ermənilər ermənələrə hücum edib, onlara qarşı azğın cinayətlər, faciələr törətdilər. Amma bu hadisəni Azərbaycanı informasiya blokadasında saxlayan erməni-rus xristian ittifaqı Maskvadan dünyaya Azərbaycanlıların törətmiş olduğu antierməni , genosid faktı kimi bu cinayəti yaydılar. Yəni ermənilər, Azərbaycan əhalisini doğma vətənlərindən-Qərbi Azərbaycandan qovmaq üçün ideoloji zəmin hazırladılar, dünyada ingilislər tərəfindən hazırlanmış anti Türk propaqandaya, yeni anti Azərbaycan propaqanda səhifəsi əlavə etdilər-o propaqandanın nəticəsidir ki, biz öz doğrumuzu, gerçəyimizi Amerikaya sübut edə bilmirik və Amerika işğalçı ermənistanı hələ də eşidir, Kreml isə göz bəbəyi kimi qoruyur, qucağında bəsləyir-baxaq bu nə qədər çəkəcəkdir?! Sumqyıtda “Azərbaycanlılar erməni öldürmüşlər” bəhanəsindən sui-istifadə edən ermənilər isə ermənistanda (keçmiş oğuz -türk yurdu) qalan sonuncu Azərbaycanlıları də qovub çıxartdılar; 300 mindən çox.
1988 -ci il, 6-7 sentyabr. 366-ci sovet motoatıcı alayı ilə tam XIX əsrdə olduğu kimi birləşən silahlı erməni-daşnak- faşıst çətələri, quldur dəstələri və həbsxanalardan bu iş üçün buraxılan erməni banditləıəri, Yervandan göndərilmiş muzdlu zəncilərlə birlikdə Xocalı şəhər və Kərki Cahan kənd əhalisinə tank, top, minamyot, avtomat silahlardan atəş açmaqla dəhşətli soyqırım faciəsi törətdilər. Minlərlə insan-qadın, uşaq, qoca rəhm duyğusundan məhrum , acımadan güllələndilər, öldürüldülər. Ölmüş insanların meyidlər ilə amansız rəftar etdilər-onların başının dərisini soydular, gözlərini çıxartdılar, qızların , qadınların döşlərində siqaret söndürürdülər - bunlar hamısı kino lentlərdə və foto şəkillərdə açıq-aydın görünməkdədir, kiminin əlini, kiminin qolunu kəsib özləri ilə qənimət olaraq evlərinə apardılar. Demək, daşnak erməninin kəlləsi yalnız rəzillik və qaniçənlik fikri ilə, o fikrin dərki ilə doludur. Bu adətlər b.e.ə. və bizim eranın ilkin əsrlərində, qədim zamanlarda döyüş dəbi olmuşdur. Siz təsəvvür edirsinizmi, qədim dünya hərbi metodları ilə yaşayan ermənilər deyirlər ki, biz qədim mədəni millətik və s. bunlar rəzil , qaniçən, bandit, terrorist, ədalət hisslərindən məhrum olduqları halda, yalnız vəhşilikdən danışmalı olduqları halda, qədimlikdən, ondan-bundan çırpışdırdığları, oğurladıqları mədəniyyətdən dəm vururlar.
1988-ci il, 12 noyabr Qərbi Azərbaycanın Xamalı ( indiki ispitak rayonu) ərazisindən Azərbaycan millətinin ölümlə müşayət edilən zorunlu köçə məruz qalması günüdür. Amma bu köçü normal köç hadisəsi kimi təsəvvür etməyin - o tür düşünsəniz səhv etmiş olarsınız, siz doğru-düzgün təsəvvür etmək istəyirsinizsə, o zaman göz önünə ayaq yalın, çılpaq, yalnız alt paltarında, sinəsi, başı açıq soyuq qar içində gözləri yaş içində, əli-ayağı don vurmuş, çoxu qar uçqunlarında tələf olmuş insan kütləsini təsəvvür edin- o köç, belə köç idi...
1988-ci il, 26-27 noyabr. Luru-Pəmbək (indiki quqark), Xamalı (ispitak), Calaloğlu (stepanavan) rayonlarından Azərbaycan millətinin qovulması və bir gündə 70 nəfər azər Türkünün öldürülməsi günüdür.
ƏLİ KƏRİMBƏYLİ
Bu xəbər oxucular tərəfindən 1811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed