Şrift:
Bu ilin ilk Günəş tutulması martın 9-da baş verəcək
13.02.2016 [04:16] - Gündəm, Hadisə
Bu ilin ilk Günəş tutulması hadisəsi martın 9-da baş verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər ki, tutulma Bakı vaxtilə saat 03:20 radələrində başlayacaq, saat 08:34-dək davam edəcək. Tam tutulma 05:57-də olacaq. Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma əsasən cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək.

Qeyd edək ki, tutulma Azərbaycanda müşahidə olunmayacaq.
Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed