Şrift:
İranın məşhur generalının da ölüm xəbəri yayıldı
15.02.2016 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) tərkibindəki Əl-Qüds xüsusi elit bölmənin komandiri general Qasım Süleymani Suriyanın Türkməndağı bölgəsində həyata keçirilən əməliyyatda öldürülüb.

Davam.az Publika.az-a istinadən xəbər verir ki, Qasım Süleymani müxalifət güclərinin təşkil etdiyi hücumda öldürülüb. Əməliyyatın dünən keçirildiyi bildirilir. İranlı general ötən il Hələbdə müxalifət güclərinin təşkil etdiyi hücumda ağır yaralanmışdı.

Ötən həftə Türkməndağı bölgəsində keçirilən toplantıda 4-ü rusiyalı və 4-ü iranlı general olmaqla 15 hərbçinin müxalifət güclərinin hücumunda öldürüldüyü bildirilmişdi.

Qeyd edək ki, Suleymani Əl-Qüds bölməsindən əlavə İranın xaricində hərbi və gizli əməliyyatların keçirilməsi ilə məşğul olan xüsusi təyinatlı dəstəyə rəhbərlik edirdi. Bildirilir ki, Əl-Qüds HƏMAS və Hizbullah təşkilatlarına hərbi dəstək göstərir.

Qərbin versiyasına görə, məhz Suleymani 2012-ci ildən başlayaraq Suriya Prezidenti Bəşər Əsədə müxalifətin əlindəki bir sıra strateji əhəmiyyətli əraziləri qaytarmağa kömək edib.

Vaşinqton iranlı generalı Amerika vətəndaşlarına qarşı terror aktlarında iştirakda ittiham edir. Dövlət katibi Con Kerri də yaxın vaxtlarda bildirib ki, Suleymani və Əl-Qüds bölməsinə qarşı sanksiyalar İranla nüvə sazişindən sonra da qüvvədə qalacaq.

İddiaya görə, Bəşər Əsəd rejimini xilas etmək üçün Rusiyanın Suriyada başladığı əməliyyatların planını məhz Qasım Süleymani verib. “Reuters” informasiya agentliyinin yazdığına görə, Süleymani ötən ilin iyul ayında Moskvaya etdiyi gizli səfər zamanı Əsədin xilası planının detallarını Rusiya tərəfinə izah edib.

Xəbər rəsmən təsdiqini tapmayıb.

Qeyd edək ki, Qasım Süleymani ötən gün İran İslam İnqilabının 37-ci ildönümü münasibətilə Tehranda keçirilən tədbirlərə qatılıb. Generalın mərasimdə iştirak etdiyini əks etdirən fotolar İranın xəbər agentlikləri tərəfindən tirajlanıb.
Bu xəbər oxucular tərəfindən 1040 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed