15.02.2016 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Həmədan əyalətinin “Qabaq təpə” kəndinin əhalisi həmin kəndə gələn ostandar Məhəmməd Nasir Nikbəxti Azərbaycan türkcəsində yazılmış plakardla qarşılayıb.
Plakard üzərində bu sözlər yazılıb: “Əziz ostandar, bizim kəndimizə xoş gəlibsiniz”. Həmədan əyalətinin ostandarına doğma dildə xoşgəldin deyilməsi isə son illərdə həmədanlılarda ana dilinə olan sevgi və qayğının artmasından xəbər verir.
davam.az “GAMAC” təşkilatının Güney Azərbaycan mənbələrinə istinadən yaydığı məlumata istinadən bildirir ki, son vaxtlar yerli əhali arasında doğma türk dili və mədəniyyətinə qayıdış meyli xeyli güclənib. Belə ki, həmədanlılar artıq öz uşaqlarına, mağaza tablolarına türk adları qoyur, toy dəvətnamələrini, eləcə də, qəbir daşlarını doğma dildə yazır, buna israr edirlər.
Bildirilir ki, Həmədanda və onun digər bölgələrində yaşayan əhali arasında doğma türk kimliyinə qayıdış meylinin oyanması, son illərdə Təbriz və Urmiya şəhərlərindən dinc fəalların bu əyalətə ardıcıl səfəri və əhali arasında maarifləndimə işləri aparmasından sonra mümkün olub.

Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |