Şrift:
Urmiyə çirkli şəhərlər sırasında
16.02.2016 [16:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyə şəhəri Güney Azərbaycanın çirkli şəhərləri sırasına daxil olub. Urmu gölündən qalxan duz zərrəcikləri və şəhərdə hərəkət edən əksər maşınların köhnə olması bu vəziyyəti daha da ağırlaşdırıb.
GünAz TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Urmiyədə havanın çirklilik səviyyəsi xəbərdarlıq həddinə yaxındır və zaman keçdikcə havanın çirklilik səviyyəsi daha da artır.

Ətraf Mühit sahəsi üzrə ekspertlərin elan etdiyi statistik (amar) məlumata görə, Qərbi Azərbaycan əhalisi cari ildə yalnız 177 gün təmiz hava ilə nəfəs ala biliblər, qalan günlərdə isə havanın çirklilik səviyyəsi yüksək olub və həssas insanlar üçün qeyri-sağlam və hətta təhlükəli həddə çatıb.
Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed