Şrift:
“Traxtur”un növbəti müsabiqəsi Təbrizdə
18.02.2016 [12:44] - Güney Azərbaycan xəbərləri, İdman, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası növbəti müsabiqəyə hazırlaşır.
İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 21-ci həftəsində keçiriləcək müsabiqədə “Traxtur” komandası İsfahanın “Sepahan” takımı ilə qarşılaşacaq.

Yarış fevralın 18-ı (bəhmənin 29-u) yerli vaxtla saat 15:15-də Təbrizin səhənd stadionunda keçiriləcək.

“Traxtur-Sepahan” yarışı GünAz TV ekranından canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, cümə günü keçiriləcək müsabiqəni izləmək üçün pulsuz bilet əldə etmək mümkün olacaq. Bu barədə “Traxtur” klubu rəsmi məllumat yayıb.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed