Şrift:
Zəncanda 11 nəfər yol qəzalarının qurbanı olub
18.02.2016 [12:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənir.
Zəncan Vilayəti Tibbi Ekspertiza Mərkəzinin baş direktoru “Fars” xəbər agentliyinin müxbiri ilə danışıqda vilayətdə baş verən son yol qəzaları barədə yeni məlumat verib. Mehrdad Sitarə bildirib ki, “geridə qoyduğumuz 1 ay (dey ayı) müddətində 3-ü qadın olmaqla 11 nəfər yol qəzalarının qurbanı olub. Bu rəqəm ötən ilin müvafiq dövrünün göstəricisi ilə eyndir.”

Onun sözlərinə görə, geridə qoyduğumuz 1 ay müddətində, şəhər daxilində ölümlə nəticələnən yol qəzası qeydə alınmayıb.

Tibbi Ekspertiza Mərkəzinin baş direktoru əlavə edib ki, yol qəzaları qurbanları arasında rəsmi dairələrdə işləyən personal və 2-3 nəfərlik ailə üzvlərinin göstəricisi aşağıdır.
Bu xəbər oxucular tərəfindən 649 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed