Şrift:
Güney azərbaycan: İbtidai məktəb şagirdi öz yaradıcığı ilə ana dilinə sevgisini göstərir
19.02.2016 [11:03] - Güney Azərbaycan xəbərləri, Gənclik, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda Azərbaycan Milli Hərəkatının güclənməsi, əhalinin türk kimliyi və mədəniyyətinə qayıdışı ilə müşayiət olunur. Bu prosesi insanların ictimai və fərdi həyatında hiss etmək mümkündür.
Davam.az GAMAC Təşkilatının rəsmi saytında yayılan məlumata istinadən bildirir ki, Xoy şəhərində Fatimə adlı ibtidai məktəb şagirdi Dünya Ana Dili Günü ərəfəsində ana dilinə olan sevgisinə özünə məxsus şəkildə nümayiş etdirib. O türklərin tarixi simvolu olan Bozqurdu və Azərbaycan bayrağını çəkdiyi rəsm əsərində xüsusi məharətlə əks etdirib. İran həqiqətləri ilə tanış olan şəxslər üçün, ibtidai şagirdlərinin bu kimi kiçik yaradıcılıqları böyük dəyişikliklərdən xəbər verir.
Məlumata görə, son zamanlar şagirdlər inşa mövzuları və əl işlərində Azərbaycanın milli simvolları və demokratik hüquqlar mövzularına müraciət edir.
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed