Şrift:
Azərbaycan xörəkləri ABŞ-da erməni təamı kimi təqdim edilir
13.02.2012 [09:07] - Mədəniyyət
Çikaqodakı erməni restoranı müştərilərinə kabab, plov və qutab təklif edir
Erm¬ənilər milli mətbəximizə məxsus xörəkləri öz adlarına çıxaraq ABŞ-da təbliğ edirlər. Ermənistanın “Tert.am” saytına istinadən verdiyi məlumata görə, Levon Kirakosyan adlı erməni ABŞ-ın Çikaqo şəhərində “Syunik” adlı restoran açıb.

Restoranda kabab, plov, kətə , paxlava və digər Azərbaycan milli mətbəxinin əvəzolunmaz təamları Ermənistan milli mətbəxinin yeməkləri kimi müştərilərə təqdim edilir.

Levon Kirakasyan amerikalıların bu təamları çox xoşladıqlarını və onlardan dadmaq üçün yenidən restorana təşrif buyurduqlarını bildirib. Restoran sahibi həmçinin Ermənistan mətbəxini ABŞ-da tanıtmaq üçün fəaliyyətini genişləndirmək fikrində olduğunu da vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 2905 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed