Şrift:
Abbas Lisaninin həyat yoldaşı və 2 oğlu məhkəməyə çağırılıb
23.02.2016 [16:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlıların milli kimliyi uğrunda apardığı dinc fəaliyyətinə görə Şiraz zindanında həbsdə saxlanılan tanınmış fəal Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadə və 2 oğlu, Əli və Mehdi Lisani Ərdəbil məhkəməsinə çağırılıb.
Davam.az Güney mənbələrindən GünAzTV-yə daxil olan məlumata istinadən bildirilir ki, Ərdəbil məhkəməsinin 2-ci şöbəsinin rəisi, hakim Tahiri Fərd tərəfindən çağırılan Abbas Lisaninin ailə üzvlərinə bildirilib ki, onlar bir sıra məsələlər barədə ifadə vermək üçün yaxın 5 gündə məhkəməyə gəlməlidir, əks təqdirdə onların həbs olunması üçün hökm çıxarılacaq.

Yayılan məlumatda bildirilir ki, Rüqəyyə Əlizadə və iki oğlunun məhkəməyə çağırılması, onların öz evlərində Azərbaycanın bir sıra milli-mədəni fəallarının iştirakı ilə Abbas Lisaninin ad gününü qeyd etməsi, eləcə də onların bir neçə ay əvvəl azadlığa buraxılmış digər tanınmış fəal Səid Mətinpurun evinə gedərək onunla görüşməsi ilə əlaqələndirilir.

Xatırladaq ki, Abbas Lisani, Urmiya gölünün qurudulmasına etiraz bildirdiyinə görə, nahaq olaraq hazırda Şiraz zindanında 1 illik həbsini çəkir.
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed