Şrift:
Qəzvində parlament seçkilərində namizədliyi rədd edilmiş azərbaycanlı hüquq müdafiəçisi tutulub
24.02.2016 [11:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Qəzvin şəhərində İran parlament seçkilərində namizədliyi rədd edilmiş azərbaycanlı hüquq müdafiəçisi Süheyla Karigər tutulub.
“GAMAC” təşkilatının yaydığı məlumata görə, İran təhlükəsizlik qüvvələrinin mülki geyimli əməkdaşları, azərbaycanlıların milli kimliyi uğrunda dinc mübarizə aparan hüquq müdafiəçisi Süheyla Karigəri fevralın 21-də, Beynəlxalq Ana Dili Günündə tutub naməlum istiqamətə aparıblar.

Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı və onun hazırda harada saxlanıldığı bilinməsə də, onun həbs edilməzdən əvvəl parlament seçkilərində namizədliyinin rədd olunmasına etiraz bildirdiyi vurğulanır. Onun həmçinin tutulmazdan əvvəl, 21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı Qəzvində bir mərasim keçirməyi planlaşdırdığı da bildirilir.
Bu xəbər oxucular tərəfindən 532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed