Şrift:
Azərbaycanlı öyrənci bəhayi olduğuna görə universitetdən qovulub
24.02.2016 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rejimi azərbaycanlı öyrəncini bəhayi təriqətinə mənsub olduğu üçün, təhsilini davam etdirməyə icazə verməyib.
Məlumata görə, qoşaçaylı soydaşımız Arzu İqani dini inancına görə bu şəhərin Pəyam-i Nur universitetindən qovulub. Bu barədə öyrəncinin özü “Bəhayi News”un müxbirinə məlumat verib.

Son semestrə (term) hazırlaşdığı bir vaxtda təhsildən məhrum edilən A.İqani bildirib ki, “universitetdən qovulmağım məndə heç bir təəccüb doğurmadı. Mən hər dəfə imtahan verəndə düşünürdüm ki, bu mənim universitetdə son günüm olacaq.”

O əlavə edib ki, mənim sizə müsahibə verməkdə əsas bir məqsədim var. Mən bu mesajı vermək istəyirəm ki, “ey insanlar bizim hamımız insanıq, hamımız ALLAHın bəndəsiyik. Əgər mənə şərait yaradılsaydı, mən də İranın abadlıq işlərində iştirak edərdim.”

Xatırladaq ki, İranm İslam Cümhuriyyətində milli və dini azlıqlar rejimin müxtəlif təzyiqləri ilə üzləşir. Davamlı surətdə müxtəlif təqiblərə məruz qalan dini azlıqlardan biri bəhailərdir.
Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed