Şrift:
Azərbaycanlı fəal Musa Sudi Muğanlu Təbrizin inqilab məhkəməsinə çağırılıb
24.02.2016 [11:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan türklərinin milli kimliyi uğrunda dinc mübarizə aparan fəal Musa Sudi Muğanlu Təbrizin inqilab məhkəməsinə çağırılıb.
Davam.az Güney Azərbaycan mənbələrindən GünAzTV-yə daxil olan məlumata istinadən bildirilir ki, fəalın məhkəməyə çağırılması, onun 3 il əvvəl Təbrizin “Səhənd” stadionunda “Tiraxtur-Əlcəzirə” komandalarının qarşılaşması zamanı həbs olunması ilə əlaqədardır. Musa Sudi Muğanluya göndərilən çağırış vərəqəsində isə bildirilir ki, fəal, ona qarşı edilən bir şikayətə baxılması üçün bu ilin mart ayında (1395-ci il, fərvərdinin 16-da) Təbriz inqilab məhkəməsinə gəlməlidir.

Xatırladaq ki, azərbaycanlı fəal Musa Sudi Muğanlu 2013-cü il fevralın 27-də (1391-ci il, isfəndin 8-də) Təbrizin “Tiraxtur” futbol komandası ilə Səudiyyə Ərəbistanının “Əlcəzirə” komandası arasında keçirilən yarışda həbs olunmuşdu. Fəal, tutulandan sonra Təbrizin ETTELAAT idarəsinə aparılmış, orada ağır psixi və fiziki (ruhi və cismi) işgəncələr altında dindirildikdən sonra Təbrizin mərkəzi zindanına köçürülmüşdü. O, 20 gün həbsdə saxlanıldıqdan sonra 50 milyon tümənlik mülk girovu qoyaraq (1391-ci il, isfəndin 28-də) Təbrizin mərkəzi zindanından müvəqqəti olaraq azadlığa buraxılmışdı.
Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed