Şrift:
Bakıda gənclərin mübahisəsi ölümlə nəticələnib
13.02.2012 [10:44] - Hadisə
Bakının Binəqədi rayonunun Xocahəsən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından bazar ertəsi verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Hadisəni törədən 33 yaşlı Rəcəbov Müslüm xəstəxanaya çatdırılıb. Onun bıçaqladığı şəxs 28 yaşlı Mikayılov Xosrov isə xəstəxanaya çatdırılanadək dünyasını dəyişib. Rəcəbov 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Ümumilikdə ötən gün 3 bıçaqlanma hadisəsi ilə əlaqədar təcili tibbi yardım stansiyalarına müraciət daxil olub. Onlardan 2-si xəstəxanaya yerləşdirilib, 1-i isə xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, fevralın 12-dən 13-nə keçən gecə saat 02:00 radələrində Xocahəsən qəsəbəsi, "Yeni yol" küçəsi, ev 16-da yaşayan kirayəşinlər, 1979-cu il təvəllüdlü Müslüm Rəcəbov və 1980-ci il təvəllüdlü Xosrov Mikayılov arasında mübahisə düşüb.
Mübahisə zamanı Rəcəbov Mikayılovu çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Bu xəbər oxucular tərəfindən 1146 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed