Şrift:
“Sepah”ın daha 2 üzvü Bəşər Əsəd rejimi uğrunda qurban gedib
25.02.2016 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha 2 üzvü, Əhməd İsmayili və Mehdi Qasimi Suriyada gedən qarşıdurmalarda öldürülüb.
“Sepah”ın daha 2 üzvü Bəşər Əsəd rejimi uğrunda qurban gedib

Bəşər Əsəd rejimini qorumaq məqsədilə Suriyaya göndərilmiş “Sepah”çılar bir neçə gün əvvəl bu ölkənin Dəməşq və Hələb şəhərləri ətrafında Əsəd hökumətinə qarşı vuruşan müxaliflər tərəfindən öldürülüb. Onların Suriyaya nə vaxt göndərildiyi mediaya açıqlanmayıb. “Sepah”çılardan birinin meyiti artıq ölkəyə gətirilib və digərinin meyiti də yaxın günlərdə ölkəyə köçürüləcək.

Rəsmi Tehran, Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son aylarda Suriya hökumətinə dəstək məqsədilə bu ölkəyə göndərilmiş “Sepah”ın minlərlə üzvü Əsəd hökumətinə qarşı vuruşan müxaliflər tərəfindən öldürülüb. Öldürülənlər arasında “Sepah”ın yüzlərlə komandiri də var.
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed