Şrift:
Suriyada öldürülən daha bir “Sepah”çının meyiti ölkəyə gətirilib
25.02.2016 [12:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) daha bir üzvü, Höctətullah Əsədi Suriyadadakı qarşıdurmalarda həlak olub.
Bəşər Əsədə və onun hökumətinə dəstək məqsədilə İranın Qəzvin şəhərindən Suriyaya göndərilmiş “Sepah”çı, bir neçə gün əvvəl bu ölkənin Hələb şəhəri yaxınlığında Əsəd rejiminə qarşı vuruşan müxalif qüvvələr tərəfindən öldürülüb. Onun Suriyaya nə vaxt göndərildiyi mediaya açıqlanmayıb.

Meyiti ölkəyə gətirilən “Sepah”çı və Qum dini hövzəsinin axundu, Höctullah Əsədinin fevralın 25-də İranın Qəzvin şəhərində dəfn ediləcəyi bildirilir.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed