Şrift:
İranlı nazir: “Seçicilərin planlı şəkildə digər şəhərlərdən Tehrana gətirilməsinin qarşısını alacağıq”
25.02.2016 [12:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli fevralın 24-də dövlət televiziyasına müsahibəsində fevralın 26-da ölkədə keçiriləcək parlament seçkilərindən və bəzi mühafizəkar cərəyanların seçki prosesinə mümkün müdaxiləsindən danışıb.
Nazir deyib ki, hökumət, ölkənin digər şəhər və raynlarından seçicilərin hansısa namizədin xeyrinə olaraq planlı və təşkilatlandırılmış şəkildə paytaxta gətirilməsinə imkan verməyəcək: “Əgər bütün vətəndaşları da digər şəhərlərdən yığıb Tehrana gətirsələr, qanun baxımından heç bir problem yoxdur. Çünki parlament seçkilərinin birinci mərhələsində, seçicilər harada olmalarından asılı olmayaraq seçki günündə səs verə bilərlər. Lakin əgər kimlərsə müəyyən bir niyyətlə planlı şəkildə bu işə təşəbbüs göstərsələr, bu qanuna zidd bir addımdır və biz bunun qarşısını alacağıq”.

Xatırladaq ki, İran parlamentinin keçmiş deputatı Rəsul Müntəcəbniya fevralın 23-də jurnalistlərə açıqlamasında hakimiyyətdəki bəzi mühafizəkar cərəyanların seçki prosesini öz namizədlərinin xeyrinə yönəltməyə cəhdi barədə xəbərdarlıq edib: “Biz bir neçə ay əvvəl xəbərdar olduq ki, radikallar parlament seçkiləri ərəfəsində ölkənin müxtəlif yerlərindən 1 milyon insanı, o cümlədən də kəndliləri Tehrana gətirmək istəyirlər. Məqsəd isə odur ki, paytaxta gətirilən həmin adamlar onların namizədlərinə səs versinlər və bununla da özlərindən olan namizədlərə verilən səslərin sayını çoxaltsınlar.

Bizdə olan məlumatlara görə, ifratçı cərəyanlar bu planı reallaşdırmaq üçün gizli iclaslar da keçiriblər. Elə buna görə də hesab edirəm ki, Daxili İşlər Nazirliyi bu məsələyə diqqət etməli, belə bir planın həyata keçirilməsinin qarşısını almalıdır. Çünki bəzi qurumlar, sadə insanların səsini qazanmaq üçün su-istifadə edərək “beytülmal” pulundan xərcləyirlər. Bu isə qanuna zidd addımdır və yolverilməzdir”.
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed