Şrift:
Türkiyənin İzmit şəhərində Xocalı soyqırımının ildönümü ilə əlaqədar izdihamlı mitinq keçirilib
26.02.2016 [10:09] - Gündəm, Gənclik, Diaspor
Kocaeli vilayətinin İzmit şəhərində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar izdihamlı mitinq keçirilib.

İzmit böyükşəhər bələdiyyəsi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımı abidəsi qarşısında keçirilən mitinqdə şəhər rəhbərliyi, ictimaiyyətinin nümayəndələri, Türkiyədəki diplomatlarımız, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Xocalı soyqırımını əks etdirən orijinal fotolardan ibarət sərgi ilə tanış olublar.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mitinqdə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, İzmit şəhərində fəaliyyət göstərən Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, İzmit böyükşəhər bələdiyyəsi sədrinin müavini İbrahim Bulud və başqaları Xocalı soyırımının dəhəşətləri barədə fikirlərini bölüşüblər. Çıxışlarda diqqətə çatdırılıb ki, 24 il əvvəl erməni cəlladların Azərbaycanın Xocalı şəhərini yerlə yeksan edərək dinc əhaliyə qarşı törətdiyi soyqırımı təkcə Azərbaycan xalqına yox, bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarını dalğalandıran mitinqçilər Xocalı soyqırımını törədənlərə qarşı lənətləyici şüarlar səsləndiriblər.

Tədbirin sonunda Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb.
Bu xəbər oxucular tərəfindən 907 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed