Şrift:
Ərdəbildə 120 nəfər yol qəzalarında həyatını itirib
26.02.2016 [12:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Cari ilin əvvəlindən bəri Ərdəbil Vilayətində şəhərlərarası yollarda baş verən müxtəlif yol qəzalarında 120 nəfər həyatını itirib.” Bunu Ərdəbil Vilayəti Tibbi Ekspertiza Mərkəzinin baş direktoru bildirib.
Behzad Vəlizadə Ərdəbildə keçirilən Yol Təhlükəsizliyi Komissiyasının iclasında, vilayətdə baş verən yol qəzaları nəticəsində ölən və xəsarət alanlar barədə statistik (amar) rəqəmlər açıqlayıb. Onun verdiyi məlumata görə, “Cari ilin əvvəlindən bəri Ərdəbil Vilayətində şəhərlərarası yollarda 120, şəhərdaxili yollarda 30 və kənd yollarında 18 nəfər yol qəzalarında dünyasını dəyişib.”

B.Vəlizadə elan edib ki, “son 10 ay müddətində toplam olaraq 168 nəfər yol qəzalarının qurbanı olub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz azalma göstərir.”

Tibbi Ekspertiza Mərkəzinin baş direktoru yol qəzalarında xəsarət alanların sayına da işarə edib. O bildirib ki, “son 10 müddətində müxtəlif yol qəzalarında 3750 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında kişilərin sayı qadınlardan iki dəfə çoxdur.”

Qeyd edək ki, Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ölkənin səlahiyyətli orqanları isə insan həyatına real təhlükə yaradan problemi müxtəlif səbəblərlə izah edir və bu barədə tədbir almaq yerinə, sadəcə xəbər yaymaqla kifayətlənir.
Bu xəbər oxucular tərəfindən 403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed