Şrift:
Ərdəbildə işsizlik artır: Gənclərin 40 faizi işsizdir!
26.02.2016 [13:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Vilayətində işsizlik nisbətinin yüksək səviyyədə olduğu və bu vəziyyətin prezident Həsən Ruhani dövründə də dəyişmədiyi bildirilir.
“Ərdəbil Vilayətində işsizlik nisbəti elan olunan rəsmi rəqəmlərdən (rəsmi orqanlar işsizlik nisbətini 13-14 faiz göstərib) bir neçə dəfə çoxdur.” İran mətbuatının yaydığı məlumata görə, bunu Ərdəbil Valiliyinin eksperti Rza Kərimi bildirib.

Onun sözlərinə görə, işsizlik nisbəti prezident Həsən Ruhani dövründə də aşağı səviyyəyə düşməyib və iqtisadi durğunluq səbəbindən işsizlik şəraiti davam edir.

İşsizlik problem ilə bağlı öz nigaranlığını dilə gətirən, ekspert böhranın dərinləşməməsi üçün bankların kənd təsərrüfatı və istehsal müəssisələrinin tələblərinə uyğun kredit ayırmasını istəyib.

O vurğulayıb ki, 70000 nəfərlik işsizlər ordusu ilə bağlı bir tədbir alınmalıdır. Əks halda bu vəziyyət davam edəcək və ölkə ağır böhranla üz-üzə qalacaq.

R.Kərimi Ərdəbil Vilayətində tikintisi yarımçıq qalan layihələrə də toxunub. O bildirib ki, “biz dəmir yolu, neft-kimya və dəmir əritmə layihələrinin yarımçıq qalmasının səbəblərini araşdırıb və nəhayət, bu layihələri istifadəyə verməliyik.”
Bu xəbər oxucular tərəfindən 476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed