Şrift:
Urmu gölündə su səviyyəsi 11 santimetr aşağı düşüb
26.02.2016 [13:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Azad İslam Universitetində Urmu gölü böhranı ilə bağlı üçüncü iclas baş tutub.
İclasda çıxış edən Universitetin Təhqiqat və Teknoloji işləri üzrə sədr müavini, Urmu gölü böhranı ilə bağlı öz nigaranlığını bildirib. Nasir Müdirşəhla bildirib ki, “Azad İslam Universiteti Urmu gölü məsələsinə xüsusi əhəmiyyət verir və göldə yarananın böhranı aradan qaldırmaq üçün müxtəlif tədbirlər həyata keçirir.” Onun sözlərinə görə, universitet böhranın qarşısını almaq üçün müxtəlif ekspertləri çıxış etməyə dəvət edir, onların təcrübə və fikirlərindən yararlanmağa çalışır.

İclasın davamında çıxış edən Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmisi, göldə suyun səviyyəsinə işarə edib. Həbib Şayanfər qeyd edib ki, “Urmu gölünün canlandırılması üçün alınan bütün tədbirlərə baxmayaraq, göldə suyun səviyyəsi 11 santimetr aşağı düşüb.”

Onun sözlərinə görə, “Urmu gölünün quruması ətraf ərazilərdə yaşayan əhaliyə bir çox problum yaradır. İqlim dəyişikliyindən yaranan problemlər, xərçəng (sərətan) və tənəffüs orqanları xəstəlikləri Urmu gölünün quruması nəticəsində artır.”

H.Şayanfər vurğulayıb ki, “Urmu gölü təmami ilə quruyarsa, bu, 6 milyon insanın taleyinə təsir göstərəcək. Ona görə də, bu böhranın qarşısı alınmalıdır.”
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed