Şrift:
Musəvi və xanımı səsvermədə iştirak edib, Kərrubi isə bu hüququndan məhrum edilib
27.02.2016 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı “yaşıl hərəkat”ın 5 ildir ev dustaqlığında saxlanılan liderləri Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərd fevralın 26-da ölkədə keçirilən parlament və Üləma Məclisi seçkilərində səsvermədə iştirak edib, hərəkatın digər məhbus lideri Mehdi Kərrubi isə bu hüququndan məhrum edilib.
İrandakı islahatçı mənbələrin yaydığı məlumata görə, fevralın 26-sı axşam saatlarında, səsvermə vaxtının başa çatmasının son dəqiqələrində, səyyar səsvermə qutusu Musəvi və xanımının ev dustaqlığında saxlanıldığı mənzilə gətirilib və onlar öz səslərini qutuya sala biliblər.

Bildirilir ki, “yaşıl hərəkat”ın digər ev dustağı Mehdi Kərrubi, əvvəlcədən səsvermədə iştirak etmək istədiyini bildirsə də, onun saxlanıldığı mənzilə səyyar səsvermə qutusunun gətirilməsinə şərait yaradılmayıb və o naməlum səbəblərə görə bu hüququndan məhrum edilib.

Qeyd edək ki, Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubi 2009-cu ildə İranda keçirilən prezident seçkisinin nəticələrinə qarşı keçirilən kütləvi etirazlardan az shonra tutulublar və həmin vaxtdan mühakimə olunmadan ev dustaqlığında saxlanılırlar. Musəvi həmin seçkilərdə ölkə prezidentliyinə əsas iki namizddən biri idi.
Bu xəbər oxucular tərəfindən 522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed