Şrift:
“Traxtur” Birləşmiş Ərəb Əmirliklərinə gedir
27.02.2016 [11:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin futbol komandası Asiya Çempionlar Liqasının Qrup Mərhələsi çərçivəsində ikinci görüşünə hazırlaşır. Bu məqsədlə “Traxtur” komandası bazar günü Təbrizdən Tehrana, bazar ərtəsi isə Tehrandan Birləşmiş Ərəb Əmirliklərinə yola düşəcək.
“Traxtur” qarşıdan gələn çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərinin “Əlcəzirə” komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, “Traxtur” fevralın 24-də (isfəndin 5-də) “Əlcəzirə” komandasını Təbrizdə 4:0 hesabı ilə məğlub edib. Təbriz komandasının bu qələbəsini Asiya Futbol Konfederasyonu və xarici kütləvi informasiya vasitələri yüksək qiymətləndirib.
Bu xəbər oxucular tərəfindən 504 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed