Şrift:
Azərbaycanlı fəal məhkəməyə çağırılıb
27.02.2016 [11:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə daha bir azərbaycanlı fəalın məhkəməyə çağırıldığı barədə xəbər yayılıb.
Əldə etdiyimiz məlumata görə, Əli Əhmədi “sistemin əleyhinə təbliğ” ittihamı ilə Təbriz İnqilab Məhkəməsinin ikinci Şöbəsinə çağırılıb. 2013-cü ildə “Traxtur”la “Əlcəzirə” komandalarının görüşü zamanı yaxalanan fəal, üzərində “Güney Azərbaycan İran deyil” yazılmış plakatın qaldırılmasında günahlanmdırılır.

Qeyd edək ki, Ə.Əhmədi bundan öncə qeyd etdiyimiz dosye ilə bağlı, “ümumi asayişi pozmaq” ittihamı ilə 3 ay 1 gün həbs və 30 zərbə şallaq cəzasına məhkum edilib. Məhkəmə, Ə.Əhmədi və daha 18 fəalın fəaliyyətlərini məhdudlaşdırmaq üçün hökmün icrasını 2 il şərti olaraq təxirə salıb.

Məhkəmənin yeni göndərdiyi çağırış vərəqəsinə əsasən, azərbaycanlı fəal “sistemin əleyhinə təbliğ” ittihamı ilə aprelin 24-də (1395-ci il fərvərdinin 16-da) mühakimə olunacaq.
Bu xəbər oxucular tərəfindən 475 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed