Şrift:
Zəncanda növbəti ağır yol qəzası: Ölən və xəsarət alanlar var
27.02.2016 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Zəncan vilayətində iki ağır yol qəzası baş verib. Hadisələr Zəncan-Xudabəndə və Xudabəndə-Bicar yollarında qeydə alınıb.
Fevralın 5-də (isfəndin 6-da) mətbuat nümayəndələrinə danışan Zəncan Vilayəti Yol Polisi İdarəsinin rəisi baş verən iki yol qəzasında 2 nəfərin öldüyü və 4 nəfərin xəsarət aldığını bildirib.

Polkovnik (sərhəng) Əliəsğər Şirməhəmmədinin sözlərinə görə, çərşənbə günü Zəncan-Xudabəndə yolunda iki Pejo markalı maşının toqquşması nəticəsində bir 4 aylıq uşaq həlak olub, bir qadın isə ağır xəsarət alıb. Polis rəisi əlavə edib ki, Xudabəndə-Bicar yolunda Pejo markalı maşının aşması nəticəsində 1 nəfər dünyasını dəyişib, 3 nəfər isə ağır xəsarət alıb.

İnsan tələfatına yol açan qəzalarda sürücülərin müqəssir olduğu bildirilir.

Qeyd edək ki, Güney Azərbaycan caddələri uzun illərdir çoxsaylı soydaşımızın ölümünə səbəb olub. İran rejiminin caddələrin vəziyyətinə laqeyd yanaşması, bu caddələrdə baş verən qanlı yol qəzalarının sayını artırıb.
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed