Şrift:
Abbas Lisani aclıq aksiyası kecirir
27.02.2016 [11:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şirazın Adilabad zindanında 1 illik həbs cəzasını çəkməkdə olan tanınmış milli-mədəni fəal növbəti dəfə aclıq aksiyası keçirir.
Abbas Lisani Həbsxananın İbrət bölümünə köçürülməsi, ailəsinə edilən təzyiqlər və yaxınları ilə telefon əlaqəsinə qoyulan qadağaya görə aclıq aksiyasına başlayıb.

Davam.az fəalın yaxınları tərəfindən GünAz TV mətbuat mərkəzinə verilən məlumata istinadən bildirir ki, o fevralın 24-də (isfəndin 5-də) aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, A.Lisani keçən günlərdə Ayət Mehrəlibəyli, Rəsul Rəzəvi, Murtaza Muradpur və Hüseyn Əliməhəmmədi ilə birlikdə Dünya Ana Dili Günü münasibəti ilə rejimin ana dilində təhsilə qoyduğu qadağaya etiraz olaraq 3 gün müddətinə aclıq aksiyası keçirmişdir.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed