Şrift:
Sulduzda kürd namizədin xeyrinə edilən seçki saxtakarlığına qarşı etiraz aksiyası keçirilib
28.02.2016 [12:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fevralın 27-də İranın Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərində İran parlamentinə kürd namizəd, Əbdülkərim Hüseynzadənin xeyrinə edilən seçki saxtakarlığına qarşı etiraz aksiyası keçirilib.
Azərbaycan türklərindən olan minlərlə aksiyaçı, Sulduz fərmandarlığının binası qarşısında toplaşaraq 20 min nəfərin kənar yerlərdən Üşnəviyyəyə gətirilməsinə və onların kürd Əbdülkərim Hüseynzadənin xeyrinə səs verməsinə etiraz bildiriblər. Etirazçılar bildiriblər ki, Üşnəviyyə şəhərində əhalinin səsverməyə qatılması 140 faiz həddində olsa da, fərmandarlıq saxtakarlıq edərək bu rəqəmin 80 faiz olduğunu elan edib.

Aksiyaçıların dediyinə görə, kürd namizədin xeyrinə 40 mindən çox saxta səs qutulara salınıb və hökumət qurumları da qəsdən buna şərait yaradıblar. Üşnəviyyə fərmandarlığı isə bildirib ki, Əbdülkərim Hüseynzadə 62 min seçicinin səsini qazanaraq Sulduz (Nəqədə) və Üşnəviyyə şəhərlərindən İran parlamentinə deputat seçilib.

Yayılan məlumatlara görə, Aərbaycan türklərinin seçki saxtakarlığına qarşı etirazları davam edir. İranın parlament seçkiləri fevralın 26-da keçirilib.
Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed