Şrift:
“Traxtur” komandası “Əlcəzirə” ilə qarşılaşacaq
02.03.2016 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” komandası ilə qarşılaşacaq. Bu məqsədlə Əbu-Dəbi şəhərinə səfər edən Azərbaycan komandası, artıq bu şəhərin stadionunda hazırlıq məşqi də keçirib.
Asiya Çempionlar Liqasının Qrup Mərhələsi çərçivəsində keçiriləcək müsabiqə martın 2-i (isfəndin 12-i) saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Traxtur” fevralın 24-də (isfəndin 5-də) “Əlcəzirə” komandasını Təbrizdə 4:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra milli komandamız 3 xalla (imtiyaz) C qrupunun turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed