Şrift:
Təbriz Şəhər Şurasının üzvü: Təbrizdə uşaq xəstəxanasının idarə binasına çevrilməsi qəbuledilməzdir
02.03.2016 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Təbrizin uşaq xərçəng (sərətan) xəstəxanasının idarə binasına çevrilməsi qəbuledilməzdir.” Bu sözləri Təbriz Şəhər Şurasının üzvü İrəc Şəhin Baher deyib.
O bildirib ki, “Bu xəstəxana Bələdiyyə tərəfindən xərçəng xəstəliyindən əziyyət çəkən uşaqların qəbulu üçün tikilib. Ama indi xəstəxana karidorlarda gözləyən uşaqları qəbul etmək yerinə, filan cinabın vəya xanımın iş otağına çevrilib. Bu qətiyyən qəbul edilə bilməz.”

İ.Şəhin Baher vurğulayıb ki, əgər həqiqətən də deyilənlər doğrudursa və xəstəxananın otaqları idarələrin iş otağına çevrilibsə, onda buna qarşı ciddi təbir alınacaq.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed