Şrift:
Azərbaycanın “Eurovision-2012” təmsilçisi bəlli oldu
13.02.2012 [14:45] - Mədəniyyət
Ölkəmizi bu müsabiqədə Səbinə Babayeva təmsil edəcək



Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil edəcək müğənni bəlli olub. Məlumata görə, finala vəsiqə qazanan beş nəfər arasından seçilən Səbinə Babayeva Azərbaycanı bu müsabiqədə təmsil etmək hüququ qazanıb. Qeyd edək ki, təmsilçilik adı uğrunda beş nəfər –Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılova mübarizə aparıb və hər finalçı üç mahnı ifa edib.

Səbinə Babayeva 10-12 yaşlarında "Şən notlar" xorunun solisti olub. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil olub və təhsilini vokal sinfi üzrə bitirib.

İş həyatı üzrə nəalliyyətləri bunlardır:
1. 1999-cu ildə musiqi institutları arasında keçirilən "Dalğa" yarışmasında xarici mahnının ən yaxşı ifası nominasiyası üzrə 1-ci mükafatın laureatı;
2. "Golden Hit/99" gənc vokal ifaçıları beynəlxalq müsabiqəsinin laureatı;
3. Aqressiya qurbanı olan Günahsız Uşaqların Beynəlxalq Günü və BM proqramı olan Sülh Mədəniyyəti 2000 Beynəlxalq İlinə həsr edilmiş xeyriyyə konsertlərində iştiraka görə diplom;
4. İkinci Dünya Müharibəsindən 55 il keçməsi münasibətilə təşkil olunan beynəlxalq fesivalın 1-ci mükafatının laureatı;
5. "Qızıl açar 2001" - ifaçıların respublika müsabiqəsinin 1-ci mükafatının laureatı;
6. Latviyada keçirilən "Amberstar 2009" gənc ifaçıların beynəlxalq müsabiqəsinin qran-prisi;
7. "Slavic Star 2009" adlı gənc ifaçıların beynəlxalq müsabiqəsinin qran-prisi;
8. "Bəyaz Həyat" filmində "Röya kimi" soundtrack'in ifaçısı;
9. "Notre Dame De Paris" (Fler de Lis) muziklında ifaçı

Xatırladaq ki, Səbinə Babayeva 2011-ci ilin də milli seçim turunda iştirak etmiş, amma beşinci həftədə 3-cü yeri qazanaraq yarımfinala vəsiqə qazana bilməmişdi.
Bu xəbər oxucular tərəfindən 1407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed