Şrift:
“Traxtur” komandası “Əlcəzirə”yə yenə qalib gəldi
03.03.2016 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Birləşmiş Ərəb Əmirliyində Təbrizin “Traxtur” futbol komandası ilə bu ölkənin “Əlcəzirə” komandası arasında keçirilən müsabiqə bu dəqiqələrdə “Traxtur”un xeyirinə sona çatıb.
Asiya Çempionlar Liqası Qrup Mərhələsinin ikinci həftəsində keçirilən müsabiqə 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

“Traxtur”a qələbə qazandıran qola Bəxtiyar Rəhmani 31-ci dəqiqədə imza atıb.

Bu qələbədən sonra “Traxtur” 6 xalla (imtiyaz) C qrupu turnir cədvəlinin birinci pilləsində öz mövqeyini gücləndirib.

Qeyd edək ki, “Traxtur” fevralın 24-də (isfəndin 5-də) “Əlcəzirə” komandasını Təbrizdə 4:0 hesabı ilə məğlub edib və C qrupu turnir cədvəlinin birinci pilləsində yer almışdır.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed