Şrift:
“Ana dilində təhsil tələb edənlərə “pantürkist” damğası vurulmamalıdır” – Azərbaycanlı millət vəkili
03.03.2016 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı millət vəkili İran parlamentində son seçkilərlə bağlı danışarkən qeyri-fars millətlərinin milli hüquqlarına da toxunub.
Təbriz, Üskü və Azərşəhrin İran parlamentindəki millət vəkili İran Anayasasına istinad edərək vurğulayıb ki, “qanun bütün etniklər və millətlərə öz dillərində danışıb və yazmağa icazə verir. Lakin bu haqq 37 ildir tanınmır və biz məktəblərdə (mədrəsə) öz dilimizdə danışıb və yaza bilmirik.”

Məsud Pezeşkiyan sözlərinin davamında bunları qeyd edib:

“Hər bir türk, kürd vəya digər millətlərin mənsubları, oxuduqları məktəbdə ana dilində danışıb və yazma hüququna malik olmalıdır. Bu qanundur, kimsə öz şəxsi səliqəsinə görə başqa birisinə ana dilini qadağan edə bilməz və bu vəziyyətə etiraz edənləri də pantürkist adlandıra bilməz.

Allah məni türk yaradıb, belə yarandığıma görə şükür edirəm. Allahın yanında ancaq təqvası daha çox olanlar üstün sayılır. Ona görə də, heç bir dil vəya qövm digərindən üstün sayıla bilməz.”

Millət vəkili sözlərinin sonunda türklərin İranda təhqir edilməsinə də xüsusi toxunub. O bildirib ki, kimsə bizim dil və mədəniyyətimizi təhqir etmə hüququna malik deyil. İstər kütləvi informasiya vasitələri olsun, istərsə də başqa birisi. Kimsənin özünü üstün tutma məntiqi heç bir anlayışa sığmır!”

Qeyd edək ki, İran İslam Cümhuriyyətində türk dili və mədəniyyətinin öyrənilməsi qadağan edilməklə yanaşı həm də mütəmadi olaraq müxtəlif səviyyələrdə əhqir olunur. Dövlətin rəsmi kütləvi informasiya vasitələri, o cümlədən dövlət televiziyaları vaxtaşırı türkləri müxtəlif təhqirmərə məruz qoyur.
Bu xəbər oxucular tərəfindən 661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed