Şrift:
Təbrizdə “Mən İsmətəm” adlı Azərbaycan türkcəsində sənədli film çəkilib
03.03.2016 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda heyvan haqları mövzusunda “Mən İsmətəm” adlı sənədli film çəkilib. Azərbaycan türkcəsində çəkilən sənədli film heyvansevərlik və heyvan hüquqları mövzusuna həsr edilib. Kimsəsiz heyvanlara yardım edən bir qadının hekayəsindən bəhs edən filmin müəllif və yönətməni Leyla Novruzidir.
Bu barədə İran mətbuatı fevralın 29-da məlumat yayıb. Filmin yaxın zamanlarda ölkə daxili və xaricində keçirilən film festivallarına təqdim ediləcəyi bildirilir. Filmin süjeti haqqında İLNA bunları yazıb.

“Mən İsmətəm filmi Azərbaycanda icarəyə götürdüyü evdə yaşamasına baxmayaraq, iki qızı ilə bərabər bütün vaxtını kimsəsiz və küçə heyvanlarına üçün sərf edən İsmət adlı bir qadının hekayəsidir. O hər gün və bütün mövsümlərdə sahibsiz heyvanları yedizdirmək və müalicə etməklə məşğul olur. İsmət bu işinə görə bəzən əhalinin təhqirləri və zorakılığına məruz qalaraq, dəli və əqli zəifliyi olan bir şəxs hesab edilir.”

Qeyd edək ki, İranda kimsəsiz heyvanlara yardım etmək, eləcə də onların ölümü ya öldürülməsini önləməyə dair fəaliyyətlərdə Təbriz nümunəvi şəhər kimi tanınır.
Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed