Şrift:
İki gün əvvəl tutulan azərbaycanlı fəal Əsgər Əkbərzadə azadlığa buraxılıb
03.03.2016 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan türklərinin milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə iki gün əvvəl tutulan ərdəbilli fəal Əsgər Əkbərzadə azadlığa buraxılıb.
Davam.az Güney Azərbaycan mənbələrindən GünAzTV-yə daxil olan məlumata istinadən xəbər verir ki, fəal Əsgər Əkbərzadə martın 2-də axşam saatlarında Ərdəbil məhkəməsinin 2-ci şöbəsinə gətirilib və orada özünü müdafiə etdikdən sonra 10 milyon tümənlik mülk girovu qarşılığında müvəqqəti olaraq ETTELAAT-ın Ərdəbil bölməsinin təcridxanasından azadlığa buraxılıb.

ETTELAAT-ın Ərdəbil bölməsinin əməkdaşları, martın 1-də əsgərlik xidmətini başa vurub tərxis edilən Əsgər Əkbərzadəni tutub aparmışdılar. Şahidlərin bildirdiyinə görə, təhlükəsizlik məmurları azərbaycanlı fəalı tutarkən ona qarşı zorakılıq tətbiq etmiş, əllərini və qollarını qandalladıqdan sonra onu Ərdəbilin ETTELAAT idarəsinə aparmışdılar.

ETTELAAT-ın mülki geyimli məmurları ərdəbilli fəalı həbs edəndən sonra onun atası evinə hücum etmiş, evdə yoxlama aparmışdılar. Ərdəbilli fəalın konkret nədə günahlandırıldığı barədə hər hansı bir məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 672 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed